Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması barədə qanun layihəsini Ali Radaya təqdim edib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" parlamentin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qanun layihəsinə əsasən, hərbi vəziyyətin mayın 4-dən etibarən daha 90 gün müddətinə uzadılması təklif olunur.