IMG-LOGO

Ağcabədidə 2 nəfər qətlə yetirilib, şübhəli saxlanılıb

27 Apr 2026 11:26 3 baxış
IMG

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.

Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir.

"Report"un Qarabağ bürosunun məlumatına görə, əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti