IMG-LOGO

Lerikdə yük maşını dərəyə aşdı: ölən var

27 Apr 2026 14:47 2 baxış
IMG
3 0

Lerikdə yük maşını dərəyə aşıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb.

Astara sakini 37 yaşlı Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti