IMG-LOGO

Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR

27 Apr 2026 16:02 4 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid A.L təqsirləndirilən şəxslərdən Mətləb Süleymanlıdan başqa digərlərini tanıdığını bildirib:

"Samirlə dalaşmışdım. Onun əmisi Rövşən mənə zəng elədi ki, "Gəlirik sizi (rəfiqəm Fidan və məni)  götürməyə, ikinizi barışdıracam".Gəldilər,  rəfiqəm Fidanla məni götürdülər, çimərlikdəki  restorana gəldik. Məni Samirlə tək qoydular. Samir dedi ki "Həyatımda başqa bir insan var". Dedim "Var, lap yaxşı". Amma mənə pis təsir etmişdi onun danışığı. O sözü deməsi aramızda mübahisə yaratdı. Çıxıb gedəndə Samirlə dalaşdım, mən onu itələdim. Rövşən Samiri çağırdı ki, bizi təzədən danışdırıb barışdırsın. Səsə gələn və restoranın işçiləri olduğunu güman etdiyim bir neçə nəfər "Nə lotuluq edirsiniz burada?". Samir də onlara narahatlığa əsas olmadığını, xanımla (yəni mənimlə) arada kiçik bir anlaşılmazlıq olduğunu, onu aydınlaşdırdığımızı dedi. Gələnlər Samiri çəkib apardılar ki, "Sən bir bura gəl görüm". Samiri çəkib apardıqları yerdən qışqırıq, süpürləşmə səsləri gəlməyə başladı. Mən oradan qaçıb uzaqlaşdım".

Məhkəmə A.L-nın istintaqa verdiyi ifadəni məhkəmədə elan edib:

"Samirlə davamızdan sonra qumluğa qoyduğum ayaqqabımı götürüb getmək istəyəndə Samir ayaqqabımı kənara atıb onları götürməyə imkan vermədi. Mən dedim ki,  ayaqqabılarımı verməsən, ayaqyalın çıxıb gedəcəm. Bu zaman Samir gəlib üz nayihəmə zərbə vurdu, mən yerə yıxıldım, ayağım burxuldu. Samir mənim saçımdan tutub dartmağa başladı. Canımı birtəhər ondan qurtarıb uzaqlaşdım oradan. Yarıyolda Fidan zəng elədi ki, məni tək qoyub hara gedirsən? Yarıyolda Fidanı gözləyib taksi ilə uzaqlaşdıq. Ondan sonra orada baş verən hər hansı hadisə ilə bir əlaqəm olmayıb".

Növbəti proses 18 may saat 16:30-a təyin olunub.

Xatırladaq ki, 18 iyun 2024-ci ildə Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirmişdir. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanmış, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunmuş, hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə  barələrində həbs olmayan qətimkan tədbiri seçilmişdir.

Hadisələr

Xəbər lenti