IMG-LOGO

Azərbaycanın sığorta sektorunda zərərlərin tənzimlənməsi üçün rəqəmsallaşma ötən il baş tutmayıb

27 Apr 2026 17:45 3 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində ötən il icra edilməsi nəzərdə tutulan sığorta sektorunda zərərlərin effektiv tənzimlənməsi üçün rəqəmsallaşmanın tətbiqi baş tutmayıb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB həmçinin 2025-ci ildə sektorda sığorta agentlərinə dair requlyativ tələblərin müəyyən olunmasını, sığorta sinifləri üzrə ümumi və xüsusi şərtlərin (qaydaların) müəyyən edilməsini və könüllü sığorta növü üzrə yeni yanaşmanın uyğunluğunun monitorinqi üçün müvafiq nəzarət prosesinin müəyyən edilməsini də icra edə bilməyib.

AMB növbəti dövrdə sərnişinlərin fərdi qəza sığortası məhsulunun yenidən dizaynını, biznes proseslərin idarə olunmasında risklərin idarəolunması mədəniyyətinin gücləndirilməsini, sığortaçılarla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və rəqəmsallaşma üzrə maneələrin aradan qaldırılması üçün aktiv əməkdaşlıq, xüsusi tənzimləmə rejimi vasitəsilə "InsurTech"lərin təşviqi, könüllü sahələri əhatə etmək üçün genişləndirilmiş zəmanət sxeminin nəzərdən keçirilməsini, maliyyə istehlakçıların müdafiəsi üzrə risk qiymətləndirmə çərçivəsinin hazırlanmasını, risk əsaslı nəzarətə keçidlə bağlı daxili və xarici nəzarət mexanizmlərinin qurulmasını, "Cup and cap" (Risk əsaslı sığorta haqqının müəyyən edilməsi) modellərinin tətbiqinin araşdırılmasını həyata keçirməyi planlaşdırır.

Xəbər lenti