Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilənlər - Nurani Məmmədovun ömürlük, Tural Məmmədovun 19 il, Ramin Quliyevin 20 il, Sərxan Şahbazovun və Yunis Rəhimovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər.
Növbəti proses 18 may, saat 16:00-a təyin olunub.
Xatırladaq ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İstinaq araşdırıması zamanı bu hadisənin törədilməsində günahkar bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Hadisələr kriminal xəbərlər cinayət işi