IMG-LOGO

Əraqçi: Bütün dünya İranın Rusiya kimi müttəfiqlərinin olduğunu görüb

27 Apr 2026 18:10 5 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bəyan edib ki, bütün dünya ABŞ ilə qarşıdurmada İranın real gücünü görüb və aydın olub ki, İslam Respublikası sabit, möhkəm və qüdrətli bir sistemdir.

"Report" xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında yazıb.

"Bütün dünya ABŞ ilə qarşıdurmada İranın real gücünü görüb və aydın olub ki, İslam Respublikası sabit, möhkəm və qüdrətli bir sistemdir", - o bildirib və əlavə edib ki, son müharibədə İranın Rusiya kimi dost və müttəfiqlərinin olduğu müəyyənləşib.

Qeyd edək ki, A. Əraqçi Pakistan və Omandan sonra Rusiyaya səfər edib.

Xəbər lenti