İyunun 24-də, saat 11:00-da "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Göygöl şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2025-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və fəaliyyətlə bağlı texniki məsələr daxildir.
Xatırladaq ki, "Göygöl Şərab Zavodu" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,462 milyon manatdır.