IMG-LOGO

İƏT rəsmisi: "Turizm sektoru üçün yol xəritəsi hazırlanır"

28 Apr 2026 10:50 4 baxış
IMG

"İƏT 2035 strategiyası" çərçivəsində turizm sektoru üçün yol xəritəsi hazırlanır.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Yerjan Mukaş qurumun Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasında bildirib.

Onun sözlərinə görə, 2035-ci ilə qədər iqtisadi əməkdaşlıq üzrə yeni strateji hədəflərin qəbuluna hazırlıq çərçivəsində turizm sektorunun inkişafı üçün aydın və sistemli yanaşmanın formalaşdırılması vacibdir: "Bu məqsədlə hazırlanan yol xəritəsi 2035 vizyonunun ilk beşillik mərhələsini əhatə edəcək. Sənəd turizm sahəsində prioritet istiqamətləri müəyyənləşdirəcək və beynəlxalq səviyyədə qəbul olunacaq ümumi strategiya ilə paralel şəkildə icra ediləcək".

Xəbər lenti