Azərbaycan ərazisinin tamamilə seysmik zona olduğunu nəzərə alaraq bu sahədə normativ sənədlərin hazırlanmasına xüsusi diqqət yetirilir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.
O deyib ki, seysmik aspektlərlə bağlı bir sıra normativ sənədlər işlənməkdədir:
"Lakin sözsüz ki, bu proses normativ sənədlərin hazırlanması ilə bitə bilməz. Bu sənədlər özü də vaxtaşırı korrektə edilməli və təkmilləşdirilməlidir".