IMG-LOGO

Elşad Musayev: Yeni texnologiyalar əməyin mühafizəsinə daha çevik yanaşma tələb edir

28 Apr 2026 10:38 4 baxış
IMG

Yeni texnologiyalar və qeyri-standart əmək münasibətləri əməyin mühafizəsinə daha çevik və sistemli yanaşmaların tətbiqini tələb edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, vətəndaşın sosial rifahı digər amillərlə yanaşı, onun təhlükəsiz əmək şəraitinin təmin olunmasından və sağlamlığının qorunmasından birbaşa asılıdır:

"Azərbaycan qanunvericiliyində əməyin təhlükəsizliyi məsələlərinə xüsusi önəm verilir. Bu istiqamətdə əmək münasibətləri və digər qanunvericilik tələbləri əsasında sistem daim təkmilləşdirilir. Hazırda dünyada və ölkədə baş verən iqtisadi və texnoloji yeniliklər yeni çağırışlar yaradır. Yeni istehsal sahələri, yeni texnologiyalar və qeyri-standart əmək münasibətləri əməyin mühafizəsinə daha çevik və sistemli yanaşmaların tətbiqini tələb edir. Bu baxımdan, qarşıda duran əsas vəzifələrdən biri iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasıdır".

Deputat qeyd edib ki, əmək şəraitinin yaxşılaşdırılması, risklərin vaxtında aşkar edilməsi və aradan qaldırılması, iş yerlərində sağlam mühitin yaradılması istiqamətində Dövlət Əmək Müfəttişliyi, həmkarlar ittifaqları və işəgötürənlər arasında konstruktiv əməkdaşlıq mühüm rol oynayır.

Xəbər lenti