IMG-LOGO

Adil Abdullayev: Seysmik mikrorayonlaşdırma prosesinin aparılması vacibdir

28 Apr 2026 10:37 3 baxış
IMG

Seysmik təhlükənin qiymətləndirilməsi strateji əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Adil Abdullayev "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan seysmik cəhətdən aktiv zonada yerləşir və tarixən burada dağıdıcı zəlzələ faktları qeydə alınıb:

"Bu gün xüsusilə Abşeron yarımadası və Bakı şəhəri ərazisində insanların sıx yaşaması baxımından risk səviyyəsinin nəzərə alınması, seysmik riskin azaldılması istiqamətində tədbirlərin görülməsi vacibdir. Burada, birinci növbədə, tikinti prosesində seysmik vəziyyətin qiymətləndirilməsi qeyd edilməlidir".

A.Abdullayev deyib ki, seysmik riskin azaldılması üçün seysmik mikrorayonlaşdırma prosesinin aparılması vacibdir:

"Bunun üçün respublika ərazisi üzrə seysmik səviyyələr dəqiqləşdirilməli, seysmik mikrorayonlaşdırma işləri sürətləndirilməlidir. Hazırda nazirlik Seysmoloji Xidmət Mərkəzi və Yaponiyadan olan mütəxəssislərlə birgə bu istiqamətdə iş aparır. Yaxın zamanlarda bununla bağlı yeni xəritələr hazırlanacaq. Bu xəritələr Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edəcək".

Xəbər lenti