IMG-LOGO

AMB kredit təşkilatları ilə bağlı yeni planlarını açıqlayıb

28 Apr 2026 12:02 3 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində kredit təşkilatları üçün risk əsaslı tənzimləmə və nəzarət modelinə müvafiq olaraq nəzarət proseslərinin təkmilləşdirilməsini planlaşdırır.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Bundan başqa, qurum bank nəzarəti çərçivəsinin Bazel Əsas Prinsiplərinə uyğunluq səviyyəsinin artırılması istiqamətində uzunmüddətli likvidliyinin idarə edilməsinə dair tələblərin tətbiqini, bank rezolyusiyası üzrə qanunvericilik və normativ çərçivənin təkmilləşdirilməsini, ICAAP implementasiyası üzrə tələblərin hazırlanmasını və banklara dəstək verilməsini, bank olmayan kredit təşkilatlarının institusional potensialının gücləndirilməsini və müvafiq təşkilatlar üzrə alternativ maliyyələşdirmə mənbələri üçün imkanların genişləndirilməsini, konsolidasiya edilmiş tənzimləmə və nəzarət üzrə məqbul yanaşmanın hazırlanmasını, alternativ maliyyəşdirmə alətləri üçün müvafiq tənzimləyici mexanizmlərin yaradılması və uyğunlaşdırılmasını, seçilmiş "SupTech" həllərinin tətbiqi, islam bankçılığı məhsullarına çıxışın artırılması istiqamətində perspektivlərin müəyyən edilməsini, mikro, kiçik və orta ölçülü müəssisələrə xüsusi diqqət yetirməklə kənd təsərrüfatı şirkətlərinin maliyyələşdirilmə imkanlarının genişləndirilməsini hədəfləyir.

Xəbər lenti