IMG-LOGO

Bakıda aqrar sərgilərdə iştirak edəcək xarici ölkələrin sayında 50 % artım olacaq

28 Apr 2026 11:46 4 baxış
IMG

Bu il "Caspian Agro Week"də iştirak edəcək xarici ölkələrin sayı ötən illə müqayisədə 50 % çox olacaq.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.

"Artıq sərgi dörd gün təşkil olunduğuna görə buraya əlavə komponentlərin daxil olması qaçılmaz idi. Təkcə xarici ölkələrin iştirak sayına baxsaq, 50 %-ə qədər artım qeydə alınıb. Eyni zamanda milli pavilyonların sayında artım var. Yeni ölkələr var. Braziliya, Efiopiya, Şimali Kipr və digər ölkələri nümunə göstərə bilərik. Bu il düşünürəm ki, rekord sayda xarici ölkədən nazir və digər rəsmi şəxslərin iştirakı gözlənilir", - deyə o qeyd edib.

Xəbər lenti