İran hərbi imkanlarını "müstəqil ölkələrlə", xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri ilə bölüşməyə hazırdır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu İranın müdafiə nazirinin müavini Rza Talei-Nik Bişkekdə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin müşavirəsində çıxışı zamanı bəyan edib.
"Biz təcrübəmizi təşkilatın digər üzvləri ilə bölüşməyə hazırıq", - o bildirib.
Agentlik qeyd edir ki, İran fevralın 28-dən etibarən apardığı hərbi əməliyyatlar zamanı ABŞ-nin hərbi bazalarına pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib, həmçinin öz hava məkanında Birləşmiş Ştatların uçuş aparatlarını vurub.