IMG-LOGO

Moskvada binada yanğın olub, ölənlər və yaralananlar var

28 Apr 2026 13:37 3 baxış
IMG

Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğında üç nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

"31 nəfər xilas edilib, onlardan yeddisi xəsarət alıb", - qurumdan bildirilib.

Binanın ikinci mərtəbəsindən insanların xilas edilməsi davam edir.

Yanğının söndürülməsinə 120-dən çox insan və 30 vahid texnika cəlb olunub.

Xəbər lenti