IMG-LOGO

Mustafayev və Qaluzin Azərbaycan-Rusiya münasibətlərini müzakirə ediblər

28 Apr 2026 14:51 3 baxış
IMG

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli münasibətləri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş aprelin 28-də Moskvada keçirilib.

"Görüşdə ikitərəfli münasibətlərin bəzi aktual məsələləri müzakirə olunub", - məlumatda qeyd olunub.

Xəbər lenti