IMG-LOGO

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Apr 2026 14:46 3 baxış
IMG

Azərbaycanın bu il aprelin 1-nə 16 milyard 492,9 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 8 milyard 797,4 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 54,4 %-i 2 və 3 illik, 45,6 %-i isə 5 il və daha artıq müddətli olub.

Dövriyyədəolan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,6 təşkil edib. 3 ay ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.

Xəbər lenti