IMG-LOGO

Bu ilin birinci rübündə 1321 borc müqaviləsi rəsmiləşdirilib

28 Apr 2026 15:26 5 baxış
IMG

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında notariuslar tərəfindən 1321 borc müqaviləsi rəsmiləşdirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 ədəd çoxdur.

Həmçinin notariuslar tərəfindən 2025-ci ildə 6085 borc müqaviləsi rəsmiləşdirilib ki, bu da 2024-cü illə müqayisədə 89 ədəd azdır.

Qeyd edək ki, borc müqaviləsi fiziki və hüquqi şəxslər arasında rəsmiləşdirilə bilər.

Xəbər lenti