Bakıda qətl törədilib.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb.
4 dost birlikdə yeyib-içiblər. Onlardan ikisi sərxoş halda bir-birini bıçaqlayıb. Bıçaqlanan dostlardan biri, 51 yaşlı Emil Əmirbəyov aldığı xəsarətlərdən ölüb. Onun bıçaqladığı şəxs isə ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr qətl cinayət işləri ölüm