IMG-LOGO

Süni intellekt Teylor Svifti təqlid edə bilməyəcək: Məşhur müğənni səsini qeydiyyatdan keçirir

28 Apr 2026 19:20 4 baxış
IMG
2 0

Dünya şöhrətli ulduz Teylor Svift inkişaf edən süni intellekt texnologiyalarına və "deepfake" təhlükəsinə qarşı hüquqi mübarizəyə başlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sənətçi səsini və ikonik səhnə obrazını brend kimi qeydiyyatdan keçirmək üçün rəsmi müraciət edərək rəqəmsal dünyada özünü qorumaq üçün "qala" inşa edir.

Süni intellekt vasitəsilə yaradılan saxta videolar və mahnıların qarşısını almağı hədəfləyən bu addım çərçivəsində Sviftin hüquq qrupu nadir hallarda rast gəlinən "səs markası" kateqoriyası üzrə müraciət edib. O, özü ilə eyniləşən "Salam, mən Teylor Svift" kimi ifadələri qeydiyyatdan keçirərək, süni intellektin onun səs tonunu təqlid etməsini birbaşa qanun pozuntusuna çevirmək niyyətindədir. Sənətçi təkcə səsini deyil, həm də vizual irsini qorumağa qərarlıdır; belə ki, çəhrayı gitara və gümüş detallı rəngli tulumdan ibarət məşhur səhnə kombini də qeydiyyat sənədlərinə daxil edilib.

Bir müddət əvvəl aktyor Metyu Makkonahi də bənzər bir qərar aldırmışdı, lakin Sviftin həm səs ifadələrini, həm də spesifik vizual detalları qeydiyyatdan keçirməsi sənətçi hüquqlarının qorunmasında yeni bir dövrün başlanğıcı və mühüm nümunə hesab olunur.

Taylor Svift maqazin Aİ süni intellekt

Xəbər lenti