IMG-LOGO

"Bilirdik, Dövlətimiz bizi köməksiz qoymaz"- Keşlədə yağışdan zərər çəkən sakinlər danışdı-VİDEO

29 Apr 2026 00:59 3 baxış
IMG
0 0

"Əlbəttə, sevindik bu sərəncama görə. Elə ümidvar idik ki, bizim hökümətimiz, bizi sadə insanları küçədə qoymaz". Lent.az xəbər verir ki, bunu APA TV-nin Keşlə qəsəbəsində çəkiliş edən əməkdaşına sakin deyir. Qeyd edək ki, Keşlə qəsəbəsinin M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evi təmir bərpa ediləcək. Həmçinin, yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək və həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödənilməsi təmin ediləcək.

Bu tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş leysan yağışları və sel sularının vurduğu ziyanın aradan qaldırılmasına dair fəaliyyət planında əksini tapıb.

Xəbər sakinlərin sevincinə səbəb olub.

"Bu xəbər də, əlbəttə, sevindiricidir. Fəlakətdən dəyən ziyanı dövlətimiz qarşılayır, nə xoş bizə. Bizim üçün də, qonşularımız üçün də çox ideal xəbərdir". Bunu da Keşlə sakinlərindən biri deyir.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda həmçinin Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödənilməsi məsələsi də öz əksini tapıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Elxan Əsədov bildirib ki, martın sonu, aprelin əvvəlində respublikanın şimal bölgəsi və Abşeron rayonları ərazisində yağmış intensiv və güclü yağışlar nəticəsində daşqınlar baş verib, bir sıra ərazilərə ciddi ziyan dəyib. Aparılan texniki baxışların nəticələri qısa müddətdə ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim olunub və zərərin miqyası dəqiqləşdirilib.

Onun sözlərinə görə, aprelin 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sel və daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində mühüm tədbirlərin icrasına başlanılıb.

"Bu sərəncamla respublikanın bir çox qurumlarına, infrastrukturuna ziyan dəymiş aidiyyatı qurumlara, yerli icra hakimiyyətlərinə və FHN-ə ümumimlikdə 85 milyon manatdan artıq vəsait ayrılmışdır ki, qısa müddət ərzində dəymiş ziyan arada qaldırılsın. Eyni zamanda evləri zərər görmüş vətəndaşların evlərinin əvəzinə yeni evlər tikilməsi, şəhərlərdə yaşayış məntəqələrində abadlıq işlərinin aparılması nəzərdə tutulur" deyə, Əsədov bildirib.

E. Əsədov vurğulayıb ki, son illər ərzində baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ölkə rəhbərliyi tərəfindən böyük həcmdə dövlət vəsaiti ayrılıb:

"Yəqin ki, 2010-cu ildə Kür-Araz çaylarında baş vermiş daşqınlar hamının yadındadır. 2012-ci ildə Respublikanın şimal-qərb rayonlarında, 2019-cu ildə Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş vermiş zəlzələlərdə dövlət tərəfindən zərərin aradan qaldırılması, insanlara evlərinin təmiri, bərpası, yeni evlərin tikilməsi istiqamətində 100 milyonlarla vəsait ayrılmışdır. Bu əlbəttə dövlətin, ölkə başçısının humanist addımıdır" deyə, FHN rəsmisi qeyd edib.

Həmçinin bildirib ki, fövqəladə hallar zamanı dünyanın bir çox ölkələrdə zərərin ödənilməsi əsasən sığorta mexanizmləri vasitəsilə həyata keçirilir. Azərbaycanda da sığorta institutları inkişaf etməkdədir və bu sahədə qanunvericilik bazası təkmilləşdirilir.

Aytən Verdiyeva

keşlə

Xəbər lenti