İyunun 25-də, saat 11:00-da "Zəyəm Texnologiyalar Parkı" ASC-nin (ZTP) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq ZTP-nin yerləşdiyi Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Səməd Vurğun küçəsi, 24 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2025-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, park 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Onun nizamnamə kapitalı 18,305 milyon manatdır.