IMG-LOGO

Azərbaycanlı sürücünün TIR-ı yanıb kül oldu

29 Apr 2026 10:14 3 baxış
IMG
0 0

Türkiyədə Azərbaycana məxsus iri yük avtomobili (TIR) yanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun-Ankara yolunda qeydə alınıb.

Azərbaycan dövlət qeydiyyat nişanlı olan və N.İ.S-nın idarə etdiyi TIR-ın mühərrik hissəsində qəfil yanğın başlayıb. Dərhal əraziyə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Yanğın söndürülsə də, avtomobil tam yararsız hala düşüb.

Məlumata görə, TIR taxta materialları daşıyırmış.

Hadisələr yanğın TIR avtomobil

Xəbər lenti