IMG-LOGO

Azərbaycanlı uşağı təhqir edən müəllim işdən çıxdı

29 Apr 2026 09:52 3 baxış
IMG
1 0

Rusiyada azərbaycanlı qızı təhqir edən müəllim işdən çıxıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Ural Federal Universitetinin maliyyə və kredit kafedrasının baş müəllimi Yuliya Volkova öz istəyi ilə işdən çıxmaq üçün ərizə yazıb. Buna səbəb onun sosial şəbəkədə azərbaycanlı bir qızın xarici görünüşü barədə təhqiramiz paylaşım etməsindən sonra yaranan qalmaqal olub.

Bildirilib ki, aprelin 28-də etik komissiya məsələni müzakirə edib. Komissiya üzvləri belə davranışın universitet əməkdaşı üçün yolverilməz olduğunu vurğulayıblar. Struktur bölmələrinin rəhbərlərinə kollektivlərdə bu vəziyyətin müzakirə olunması və komissiyanın mövqeyinin bütün əməkdaşlara çatdırılması tövsiyə ediləcək.

Eyni zamanda qeyd olunub ki, müəllim iclasdan bir gün əvvəl artıq öz istəyi ilə işdən çıxmaq üçün ərizə təqdim edib.

Hadisələr müəllim Rusiya

Xəbər lenti