IMG-LOGO

Mikayıl Cabbarov: "Sahibkarlığın inkişafı bir neçə vacib mərhələdən keçib"

29 Apr 2026 10:27 3 baxış
IMG

Azərbaycanda sahibkarlığın inkişafı bir neçə vacib mərhələdən keçib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.

"Vaxtilə Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafımızda böyük uğurlar əldə edilib. Bu gün dövlət-sahibkar münasibətləri olduqca vacib məqamdır. Biznes mühitinin inkişafı, rəqabətin güclənməsi fərqli çağırışlar ortaya qoyub. Vaxtilə olan çərçivəni və yaxud şəraiti biz bu gün yetərli hesab etməyə bilərik. Bu təbiidir, belə də olmalıdır", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulunda özəl sektorun payı ildən-ilə artır: "Səmərəlilik göstəricisi kimi baxanda biz görürük ki, əksər hallarda özəl sektora yatırılan sərmayələrin geri qaytarılması, əlavə dəyərin yaradılması dövlət müəssisələri ilə müqayisədə daha effektiv olur. İqtisadiyyatın yeni mərhələsi özəl sektoru müstəqil şəkildə ixrac bazarlarına çıxmağa və rəqabətə hazır olmağa çağırır. Gəldiyimiz mərhələ və çağırışlar yalnız iqtisadiyyatın diversifikasiyası, neft-qaz sektorunun payının 30 % təşkil eləməsi kimi mövzularla bitmir. Özəl sektor yalnız dövlət sifarişləri əsasında və yaxud dövlətə bağlı fəaliyyətdən çox öz məhsulunu həm ölkə daxili, həm də ən əsası ixrac bazarlarına çıxarmağa fokuslanmalıdır. Bu da təbii olaraq sahibkarılara bir tərəfdən yeni imkanlar açır, digər tərəfdən yeni çağırışlar yaradır".

Xəbər lenti