IMG-LOGO

Marian de Yonq: WUF13 forumunda Niderland nümayəndə heyətinə Haaqa meri başçılıq edəcək

29 Apr 2026 11:19 3 baxış
IMG

Niderland mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

Bunu Niderlandın Bakıdakı səfiri Marian de Yonq brifinqdə "Report"un sualını cavablandırarkən bildirib.

Diplomat nümayəndə heyətinə Haaqa meri Yan van Zanenin rəhbərlik edəcəyini vurğulayıb.

"Nümayəndə heyətinin rəhbəri Haaqa meri Van Zanen olacaq. Mən onunla səfirlər konfransında görüşmüşəm - o, bu səfərə (Azərbaycana - red.) çox böyük maraq göstərir. Nümayəndə heyətində təxminən 50 nəfər təmsil olunacaq", - o qeyd edib.

Xəbər lenti