IMG-LOGO

Azərbaycanın qiymətli kağızlar bazarı 27 %-dən çox kiçilib

29 Apr 2026 11:17 3 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 12 milyard 993,9 milyon manatlıq əməliyyat aparılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır.

İllik göstəricinin 1 milyard 542,2 milyon manatlıq hissəsi ilkin bazarda (2,4 dəfə çox), 11 milyard 451,8 milyon manatlıq hissəsi isə təkrar bazarda (33,6 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 6 262 əqd bağlanılıb. Bu, illik müqayisədə 18,8 % azdır. Əqdlərin 1 407-si ilkin bazarın (76,5 % çox), 4 855-i isə təkrar bazarın (29,7 % az) payına düşüb.

Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 773,6 milyon manatlıq hissəsi və yaxud 6 %-i dövlət qiymətli kağızlarının, 1 milyard 467,8 milyon manatlıq hissəsi və yaxud 11,3 %-i korporativ qiymətli kağızların, 10 milyard 752,6 milyon manatlıq hissəsi və yaxud 82,8 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 3,4 dəfə çox, 53,3 % çox və 35,7 % azdır.

3 ayda bu bazarda bağlanmış əqdlərin isə 160-ı və yaxud 2,6 %-i dövlət qiymətli kağızlarının, 4 747-si və yaxud 75,8 %-i korporativ qiymətli kağızların, 1 355-i və yaxud 21,6 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 40,5 % az, 18,9 % az və 14,5 % azdır.

Xəbər lenti