TikTok rəhbərliyi bildirib ki, İndoneziyanın yeni qanunvericiliyinə uyğun olaraq bu ölkədən olan 1,7 milyon istifadəçi hesabı deaktiv edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bloklanan hesablar əsasən 16 yaşı tamam olmamış istifadəçilərə məxsus olub.
Qeyd olunur ki, bu bloklama tələbi rəqəmsal mühitdə uşaqların qorunması haqqında qanunla əsaslandırılıb.
İndoneziyanın rabitə və rəqəmsal texnologiyalar naziri Meutya Hafid bildirib ki, TikTok bloklanan hesabların sayını açıqlamaqla öhdəliklərinin konkret addımlarla təsdiqləndiyini göstərib.
Qanun martın 28-dən İndoneziyada qüvvəyə minib. Bu qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadə etməsi, hesab yaratması və onları idarə etməsi qadağandır. Məqsəd isə gənc nəslin kibertəzyiqdən (kiberbullinq) və yaşlarına uyğun olmayan məzmundan qorunmasıdır.
texno tiktok İndoneziya