IMG-LOGO

Dövlət müəssisələrinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyi genişləndiriləcək

29 Apr 2026 13:45 4 baxış
IMG

Azərbaycanda dövlət müəssisələrinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi nəzərdə tutulur.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə müvafiq normativ hüquqi akt layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bundan başqa, dövlət müəssisələrinin hesabatlılıq və məlumat təqdimetmə prosesinin vahid yanaşma əsasında təşkilinin təmin edilməsi məqsədilə geniş təlimatlandırma, habelə metodoloji və kommunikasiya dəstəyi tədbirləri həyata keçirilib.

Xəbər lenti