IMG-LOGO

Alimlər plastiki təmiz yanacağa çevirdilər: effektiv ÜSUL

29 Apr 2026 13:36 3 baxış
IMG
1 0

Avstraliyalı alimlər plastik tullantıları ekoloji cəhətdən təmiz yanacağa çevirməyə imkan verən yeni texnologiya hazırlayıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu məlumatı Adelaide Universiteti yayıb.

Universitetdən bildirilib ki, bu texnologiya fotokatalitik parçalanma prosesinə əsaslanır. Bu proses zamanı günəş işığının təsiri altında xüsusi materiallar olan fotokatalizatorlar plastikləri nisbətən aşağı temperaturda parçalayır.

Alimlərin sözlərinə görə, nəticədə hidrogen və sənayedə geniş istifadə olunan digər kimyəvi birləşmələr əldə olunur. Qeyd edilir ki, hidrogen istifadəsi zamanı sıfır emissiyaya malik olan təmiz yanacaq növüdür.

Tədqiqatçıların məlumatına əsasən, bu yanaşma hidrogen əldə etməyin ənənəvi üsullarından daha effektivdir, çünki plastik su ilə müqayisədə daha asan oksidləşir.

Tədqiqatın aparıcı müəllifi Xiao Lu bildirib: “Əgər biz plastik tullantıları günəş işığından istifadə edərək effektiv şəkildə təmiz yanacağa çevirə bilsək, eyni zamanda həm çirklənmə, həm də enerji problemlərini həll edə bilərik”.

Bundan əvvəl isə alimlərin plastik tullantıları həyati əhəmiyyətli dərmana çevirməyi bacardıqları bildirilmişdi. Genetik olaraq dəyişdirilmiş Eşeriçya koli bakteriyası vasitəsilə komanda plastik butulkaların komponentlərini cəmi 24 saat ərzində parasetamolun aktiv maddəsi olan tereftal turşusuna çevirməyə nail olub.

elmi araşdırmalar yanacaq plastik alimlər

Xəbər lenti