IMG-LOGO

Kobaxidze: Mayın sonuna qədər ABŞ ilə qarşılıqlı əlaqələr aktivləşəcək

29 Apr 2026 15:03 11 baxış
IMG

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın sonuna qədər Tbilisi və Vaşinqton arasında qarşılıqlı əlaqələrin aktivləşdirilməsi planları barədə bildirib.

"Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.

Baş nazirin sözlərinə görə, mayın sonuna qədər bir sıra istiqamətlər üzrə konkret nəticələr gözlənilir və tərəflər arasında kommunikasiya nəzərəçarpacaq dərəcədə dərinləşəcək.

"Mayın sonuna qədər müəyyən istiqamətlərdə konkret nəticələr görəcəksiniz. Kommunikasiya qurulacaq. Məhz nəyin necə baş verəcəyi barədə təfərrüatları açıqlaya bilmərəm, ancaq görəcəksiniz ki, mayın sonuna qədər Gürcüstan və ABŞ arasında ünsiyyət dərinləşəcək", - o bildirib.

Xəbər lenti