IMG-LOGO

Dmitri Peskov: "Rusiya "OPEC+"dan çıxmağı planlaşdırmır"

29 Apr 2026 14:12 4 baxış
IMG

Rusiya "OPEC+"dan çıxmağı nəzərdən keçirmir.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bu ölkənin Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya BƏƏ-nin çıxmasından sonra "OPEC+" formatının qorunub saxlanılacağına ümid edir, çünki bu razılaşmalar bazarları sabitləşdirməyə imkan verir:

"Biz, əlbəttə ki, buna ümid edirik (BƏƏ-nin "OPEC+"dan çıxmasının saziş üçün son demək olmadığına - red.). Bu, enerji bazarlarının, yumşaq desək, təlatümlü olduğu indiki şəraitdə xüsusilə vacib olan mühüm iş istiqamətidir".

D.Peskov vurğulayıb ki, "OPEC+" formatı enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə minimuma endirməyə və bu bazarları sabitləşdirməyə imkan verir.

Xəbər lenti