Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Prezident Kuboku 2026" beynəlxalq reqatasının birinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçiləri Suqovuşanda keçirilən ilk yarış gününü 1 gümüş medalla başa vurublar.
Birnəfərlik kayakda Əlimurad Hacızadə gümüş mükafata sahib çıxıb. O, 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəni ikinci keçib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

