IMG-LOGO

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

29 Apr 2026 15:49 4 baxış
IMG

Şimali Koreyanınir nüvə potensialı ABŞ-nin raketlərdən müdafiə sisteminə ciddi şəkildə təzyiq göstərə bilmək səviyyəsinə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukraina" "Bloomberg" agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya təxminən 50 nüvə başlığına malikdir və hər il daha 20-si üçün material istehsal edə bilər, bu da ölkə arsenalının artımını əhəmiyyətli dərəcədə sürətləndirir.

Alyaska və Kaliforniyada yerləşdirilmiş ABŞ-nin GMD raket hücumundan müdafiə sisteminə hazırda 44 tutucu raket daxildir və onların sayını daha 20 ədəd artırmaq imkanı var. Bununla belə, bir hədəfin tutulması üçün azı iki raketin buraxılması tələb olunur.

Analitiklər hesab edirlər ki, Şimali Koreyaya məxsus 20-yə yaxın qitələrarası ballistik raketin kütləvi şəkildə buraxılması ABŞ-nin tutma sisteminin imkanlarını tükəndirməyə qadirdir.

"Bloomberg" qeyd edir ki, ABŞ-nin Yaxın Şərqdəki müharibəsi və İranın nüvə silahına malik olmasının qarşısını almaq cəhdləri fonunda Vaşinqtonun Kim Çen İnin nüvə proqramını cilovlamaq strategiyasının səmərəsiz olduğunu göstərən əlamətlər getdikcə artmaqdadır.

Xəbər lenti