IMG-LOGO

Sabirabadda avtomobil qəzası olub, xəsarət alanlar var

29 Apr 2026 17:02 11 baxış
IMG

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" və "Vita" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 1998 təvəllüdlü İlkanə Qəhrəman qızı Qəhrəmanova, Mehdi Nurəddin oğlu Qəhrəmanov (2022) və şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha bir nəfər xəsarət alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti