IMG-LOGO

BFB Pakistan Milli Klirinq Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

29 Apr 2026 16:44 3 baxış
IMG

"Bakı Fond Birjası" QSC (BFB) və Pakistan Milli Klirinq Şirkəti (NCCPL) arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, sənədi BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov və NCCPL-ın Baş İcraçı direktoru Naveed Qazi imzalayıb.

Memorandumun əsas məqsədi Mərkəzi Qarşı Tərəf (Central Counterparty – CCP) əməliyyatları və əlaqəli bazar infrastrukturları sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də texniki potensialın gücləndirilməsidir.

Bu əməkdaşlıq çərçivəsində tərəflər kapital bazarlarının infrastrukturunun inkişafı istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını da nəzərdən keçirəcəklər.

Xəbər lenti