IMG-LOGO

“Apple”dan böyük yenilik: “iPhone” ekranları tamamilə dəyişə bilər

30 Apr 2026 02:31 3 baxış
IMG
0 0

“Apple”ın 2027-ci ildə təqdim edəcəyi 20 illik yubiley “iPhone” modeli üçün çərçivələri tamamilə yox edən “Maye Şüşə” (Liquid Glass) ekran texnologiyası üzərində işlədiyi iddia olunur.

Lent.az xəbər verir ki, sızdırılan məlumata görə, cihazın ekranı dörd tərəfdən oval olacaq və ekran çərçivələri demək olar ki, görünməyəcək.

Yeni texnologiya optik illüziya və işıq yönləndirməsi ilə daha “sərhədsiz” ekran görüntüsü yaradacaq.

“Apple”ın ekranı daha nazik və parlaq etmək üçün Samsungun xüsusi OLED texnologiyasından istifadə edəcəyi də bildirilir.

Bununla belə, “Face ID” və ön kameranın ekran altında yerləşdirilməsi hələ tam həll olunmayıb. Əgər mümkün olmasa, kiçik kamera dəliyi ola bilər.

Apple iPhone

Xəbər lenti