IMG-LOGO

Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür

30 Apr 2026 02:48 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Almaniyadakı Amerika hərbi kontingentinin sayının mümkün azaldılması məsələsini öyrəndiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" səhifəsində yazıb.

"ABŞ Almaniyadakı hərbi kontingentin mümkün azaldılması məsələsini öyrənir. Qərar tezliklə qəbul ediləcək", - Ağ Evin rəhbəri qeyd edib.

Bu həftənin əvvəlində Tramp Vaşinqtonun Tehrana münasibətdəki danışıqlar yanaşmasının səmərəsizliyi barədə fikir bildirən Almaniya Kansleri Fridrix Mertsi tənqid edib.

Xəbər lenti