"ASAN xidmət" və "DOST xidmət" mərkəzlərinin iş sistemi beynəlxalq qonaqlara güclü təəssürat bağışlayıb.
"Report" xəbər verir ki, bunu "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda Beynəlxalq Gənclər Forumunun iştirakçısı Piter Kayben de Qola jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, nümayəndə heyəti, ilk növbədə, bu mərkəzlərdə mövcud atmosferə və təqdim olunan imkanların miqyasına diqqət yetirib.
"Gördüklərimizdən məmnunuq. Bu sistem həqiqətən çox heyranedicidir - belə bir şeyə çox az ölkədə rast gəlmək olar. Azərbaycanda vətəndaşlara bu cür xidmət səviyyəsinin şahidi olmaq çox xoşdur", - o qeyd edib.