IMG-LOGO

Azərbaycan və Qazaxıstan Türkistanda birgə turizm forumu keçirəcək

30 Apr 2026 12:38 4 baxış
IMG

Azərbaycan və Qazaxıstan bu il Türkistan şəhərində növbəti birgə turizm forumunu keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu iki ölkə turizm sahəsində əməkdaşlığı ardıcıl olaraq inkişaf etdirirlər: "2024-cü ildə birgə turizm forumu Bakıda, 2025-ci ildə isə Qubada keçirilib. Bu ilin yayında III Qazaxıstan-Azərbaycan turizm forumunu təşkil etməyi planlaşdırırıq. Tədbir bu dəfə Qazaxıstanda - bütün türklər üçün çox böyük mənəvi əhəmiyyətə malik olan Türkistan şəhərində keçiriləcək", - o deyib.

A. Bayel qeyd edib ki, Qazaxıstan və Azərbaycan turizm sahəsində tərəfdaşlığı bundan sonra da möhkəmləndirmək və yeni birgə təşəbbüsləri həyata keçirmək niyyətindədir.

Xəbər lenti