IMG-LOGO

"Azmikroinvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

30 Apr 2026 13:07 2 baxış
IMG

"Azmikroinvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 269 min manat xalis mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 22,3 % çoxdur.

Ötən il "Azmikroinvest"in vergiyəqədərki mənfəəti 336 min manat (illik müqayisədə 22,2 % çox), mənfəət vergisi ödəmələri isə 67 min manat (21,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azmikroinvest"in aktivləri 2,696 milyon manat olub ki, bu da illik müqayisədə 22,8 % çoxdur. Bunun 2,397 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16 % böyüyüb.

Hesabat dövründə "Azmikroinvest"in öhdəlikləri 32,8 % artaraq 449 min manata, balans kapitalı isə 20,9 % artaraq 2,247 milyon manata, o cümlədən nizamnamə kapitalı 20,7 % artaraq 1,978 milyon manata çatıb.

Xatırladaq ki, "Azmikroinvest" 2014-cü ildə yaradılıb. Onun yeganə təsisçisi Aysel Quliyevadır.

Xəbər lenti