IMG-LOGO

Anar Əliyev: Cari ilin birinci rübündə sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Apr 2026 15:22 2 baxış
IMG

Cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, nazirliyin sosial sifarişi ilə icra olunan "Sosial sığınacaqların inkişafına dəstək" layihəsi çərçivəsində cari il ərzində 168 baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşağa sosial xidmət göstərilir:

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir. Həmçinin, ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir".

Nazir 2020-ci ildən etibarən, 873 uşağın öz ailələrinə geri qaytarıldığını da qeyd edib.

Xəbər lenti