Azərbaycan şahmatçılarının Polşada keçirilmiş şəxsi Avropa çempionatında qızıl medal qazanmaq şansı çox olub.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
"Təəssüflər olsun ki, Avropa çempionatında qızıl medal qazana bilmədik. Bu məsələyə müxtəlif yönlərdən baxılır. Bizim isə bir baxışımız var. O da ədalətli oyun və təmiz mübarizədir. Sevindirici haldır ki, bu prinsip qalib gəldi. Son turda Azərbaycan çempionu Məhəmməd Muradlı Aydın Süleymanlı ilə üz-üzə gəldi. Hansısa qalib gəlsəydi, şəxsi Avropa çempionatının qalibi ola bilərdi. Nicat Abasovun da şansı var idi. Amna partiyada bəxti gətirmədi. Məhəmməd və Aydının mübarizəsi gərgin keçdi. Heç kim uduzmaq istəmirdi. Bu vəziyyətdən istifadə edən Ukrayna təmsilçisi çempion oldu. Sonrakı üç yerləri bizim şahmatçılar turdular. Bu, böyük nəticədir. Qızıl medal qazanmaq üçün şansımız həddindən artıq çox idi. Birinci yerdən məhrum olmaq üçün şans az idi, amma bu da reallaşdı", - deyə o vurğulayıb.
Xatırladaq ki, Polşada keçirilmiş şəxsi Avropa çempionatında Nicat Abasov gümüş, Aydın Süleymanlı bürünc medal əldə edib. Digər təmsilçimiz Məhəmməd Muradlı yarışı 4-cü yerdə başa vurub.