IMG-LOGO

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

30 Apr 2026 16:59 4 baxış
IMG
31 0

47 yaşında insanlar özlərini ən xoşbəxt və sağlam hiss edirlər. Ekspertlər bunu sağlamlığa münasibətin dəyişməsi, özünə inamın artması və yeni həyat prioritetlərinin formalaşması ilə izah edirlər. 

Lent.az xaqrici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyada aparılan yeni sorğuya görə, məhz 47 yaş fiziki və emosional rifahın zirvəsi hesab olunur.

Bu nəticəyə TePe şirkətinin sifarişi ilə aparılan araşdırmanın müəllifləri gəliblər. Sorğu çərçivəsində Böyük Britaniyadan 2000 nəfərdən insanların hansı yaşda özlərini ən sağlam və xoşbəxt hiss etdiklərini bildirmələri istənilib. Respondentlərin əksəriyyəti 47 yaşı qeyd edib. Araşdırma həmçinin göstərib ki, 40–50 yaş aralığında olan insanlar çox vaxt daha gənc illərlə müqayisədə özlərini daha inamlı, xoşbəxt və fiziki baxımdan daha dözümlü hiss edirlər.

Psixoloqlar bunun sağlamlığa münasibətin dəyişməsi ilə bağlı ola biləcəyini düşünür. Yaş artdıqca insanlar anlayır ki, sağlamlıq yalnız zahiri görünüşdən ibarət deyil. Əsas olan özünü necə hiss etdiyin və bədənin nə qədər yaxşı işləməsidir. 

40 yaşdan yuxarı respondentlərin demək olar ki, yarısı - 47 faizi - qeyd edib ki, yaş artdıqca həyatları daha sağlam olub, çünki öz bədənlərini daha yaxşı anlamağa başlayıblar. Bəzi iştirakçılar bunu sağlamlığa və rifaha daha çox diqqət yetirmələri ilə əlaqələndiriblər.

Sorğuda iştirak edənlərin 32 faizi daha faydalı qidalar almağa başladıqlarını bildirib. Bir çoxları üçün gecə həyatı, əyləncələr və alkoqol artıq keçmişdə qalıb: 28 faiz respondent deyib ki, 40 yaşdan sonra 20–30 yaşları ilə müqayisədə xeyli az əylənir və spirtli içki qəbul edir.

Bundan əlavə, 26 faiz respondent etiraf edib ki, aktiv qalmaqda onlara övladları və ya nəvələri kömək edir. 35 faiz isə başqalarını razı salmaq barədə daha az düşündüklərini və daha çox öz rifahlarına fokuslandıqlarını bildirib.

Bu araşdırma Böyük Britaniyada aparılmış başqa bir sorğudan sonra yayımlanıb. Həmin sorğu göstərib ki, britaniyalıların fikrincə, qocalıq 69 yaşdan başlayır. Seven Seas çərçivəsində keçirilən araşdırmada 2000-dən çox böyüklərdən insanların nə vaxt qocaldığını düşündükləri soruşulub.

Əvvəlki tədqiqatlar qocalığın 62 yaşında başladığını göstərib, lakin yeni məlumatlar ictimai yaş qavrayışında dəyişiklik olduğunu göstərir.

Sağlamlıq üzrə mütəxəssis Donna Bartolinin sözlərinə görə, insanlar getdikcə "qocalıq" anlayışını daha gec yaşa keçirsələr də, bu, onların sağlamlıqlarına qayğı göstərməyi təxirə sala biləcəkləri anlamına gəlmir.

hansı yaşda ən xoşbəxt və sağlam olunur

Xəbər lenti