IMG-LOGO

IMF: Bu il Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları ötəcək

30 Apr 2026 18:01 9 baxış
IMG

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 90,444 milyard ABŞ dollarına çatacaq.

Bu barədə "Report" IMF-nin məlumatlarına istinadən xəbər verir.

Bu zaman Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 14,392 milyard ABŞ dolları, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə 76,052 milyard ABŞ dolları təşkil edəcək.

IMF-nin qiymətləndirmələrinə görə, 2027-ci ildə strateji valyuta ehtiyatları 92,98 milyard ABŞ dollarına çatacaq (illik +2,8 %), burada AMB-nin payına 15,079 milyard ABŞ dolları, ARDNF-in payına isə 77,901 milyard ABŞ dolları düşür. 2028-ci ildə bu göstəricilərin müvafiq olaraq 93,333 milyard ABŞ dolları (+0,39 %), 14,164 milyard ABŞ dolları, 79,169 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.

2029-cu ildə strateji valyuta ehtiyatları 93,75 milyard dollar səviyyəsinə (illik +0,45%), AMB-nin ehtiyatları 13,125 milyard, ARDNF-in aktivləri 80,625 milyard dollara çatacaq, 2030-cu ildə müvafiq olaraq - 94,032 milyard dollar (+0,3 %), AMB - 11,734 milyard dollar, ARDNF - 82,298 milyard dollar, 2031-ci ildə isə müvafiq olaraq - 93,896 milyard dollar (-0,14 %), AMB - 9,66 milyard dollar, ARDNF - 84,236 milyard dollar təşkil edəcək.

Xəbər lenti