IMG-LOGO

Ukraynanın beyin mərkəzinin rəhbəri: Okampo keçmiş statusu ilə alver edir

30 Apr 2026 17:50 7 baxış
IMG

Luis Okampo bundan əvvəl malik olduğu BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin prokuroru statusu ilə açıq şəkildə alver edir.

Bunu "Report"un Şərqi Avropa bürosuna Ukraynanın Təhlil və Strategiyalar Mərkəzinin rəhbəri İqor Çalenko deyib.

O qeyd edib ki, Okampo barəsində üzə çıxan videogörüntülərdə olan faktlar klassik formada məhz siyasi korrupsiyanı çox parlaq şəkildə təsvir edir.

"Keçmiş yüksək vəzifəli beynəlxalq məmur Azərbaycanda "insan haqları" mövzusunu ailə biznesinə çevirir. Avropa məhkəmələri vasitəsilə hədələmələr, Avropa Parlamentindəki öz adamları vasitəsilə fon der Layenə təzyiq, ABŞ-də erməni lobbisi ilə koordinasiya və hətta Ermənistanda hakimiyyət dəyişikliyi planları - bütün bunlar "sərfəli qiymət" və nüfuzun qorunması naminədir. Üstəlik, söhbət artıq yalnız Azərbaycana təzyiqdən deyil, "Paşinyanı kənarlaşdırmaq" məqsədilə Ermənistanın daxili siyasətinə birbaşa müdaxilədən gedir", - o deyib.

İ. Çalenko vurğulayıb ki, bu, regionun sabitliyini pozmağa yönəlmiş hibrid oyunlara mükəmməl uyğun gələn unikal bir sxemdir:

"Heç bir müstəqillik, heç bir əxlaq yoxdur – bu, yalnız Cənubi Qafqaz ətrafında gərginliyin qorunması üzərində qurulmuş biznes modelidir".

Qeyd edək ki, Minval Politika Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.

Xəbər lenti