IMG-LOGO

Sumqayıtda 5000 abonentə suyun verilişində fasilə yaranacaq

30 Apr 2026 17:46 8 baxış
IMG

Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.

Sumqayıt Sukanal idarəsindən "Report"un yerli bürosuna bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.

Xəbər lenti