Qaziantepdə polikistik böyrək xəstəliyindən əziyyət çəkən Mustafa Doğanın funksiyasını itirən və 8 kiloqram ağırlığa və 50 santimetr uzunluğa çatan böyrəyi əməliyyatla uğurla çıxarılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, digər orqanlarına etdiyi təzyiq səbəbindən nəfəs almaqda çətinlik çəkən Doğan əməliyyatdan sonra həkimlərinə təşəkkür edərək "özümü quş kimi yüngül hiss edirəm" deyib.
Genetik polikistik böyrək xəstəliyindən əziyyət çəkən və qarın ağrısı və şişkinlik şikayəti ilə xəstəxanaya müraciət edən Mustafa 61 yaşlı Doğanın funksiyasını itirib və 8 kiloqramdan çox ağırlığında olan böyrəyi əməliyyatla çıxarılıb.
Funksional olmayan böyrəyinin çıxarılmasından sonra Doğan yeni böyrək nəqli edilənə qədər dializ müalicəsini davam etdirəcək.
Nefrologiya mütəxəssisi Mehmet Tuncay xəstənin qarın şişməsi və ağırlıq şikayəti ilə onlara müraciət etdiyini və 8 kiloqramlıq böyrəyini cərrahi yolla çıxardıqlarını bildirib və deyib: "Genetik polikistik böyrək xəstəliyi adlanan bir böyrək xəstəliyi var. Bu xəstəlik böyrək çatışmazlığının ən vacib səbəblərindən biridir. Bu, genetik səbəbdən böyrəyin çox böyüməsinə və tamamilə kistalarla doldurulmasına səbəb olan maraqlı bir xəstəlikdir. Erkən diaqnozla müalicə edilə bilər, lakin gecikmə halında dializ müalicəsi qaçılmaz olur. Böyrək çox böyük və riskli olduğundan, bu cür əməliyyatları həyata keçirən həkimlər və mərkəzlər azdır.
Müayinədən sonra xəstəmizə böyrəyi çıxarmaq seçimini təklif etdik. Professor Yücelin əməliyyatı çox uğurlu keçdi. Əməliyyat çox qısa müddətli idi və xəstənin qarnından təxminən 50 santimetr uzunluğunda və 8 kiloqram ağırlığında bir böyrək çıxardıq. Daha sonra xəstəyə əhəmiyyətli dərəcədə rahatlıq verdik. Bu əməliyyat xəstəni rahatlatsa da, hemodializdən xilas etsə də, gələcəkdə transplantasiya müalicəsi üçün əla fürsət yaradacaq".
Əməliyyat böyrək