2026-cı ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 9,7 %-ni təşkil edəcək.
"Report" xəbər verir ki, bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş proqnozlarında yer alıb.
Fevralda IMF cari il üçün hesabın profisitini ÜDM-in 2,1 %-i səviyyəsində proqnozlaşdırmışdı.
"Gözlənilir ki, karbohidrogen qiymətlərinin artması sayəsində 2026-cı ildə cari hesabın profisiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - fond vurğulayıb.
IMF 2027-ci ildə cari əməliyyatlar hesabı profisitini ÜDM-in 5,4 %-i səviyyəsində gözləyir (əvvəl - 0,4 %).
Fondun proqnozlarına görə, 2028-ci ildə hesabın profisiti ÜDM-in 2 %-ni, 2029-cu ildə - ÜDM-in 1,6 %-ni, 2030-cu ildə - ÜDM-in 1 %-ni, 2031-ci ildə isə - ÜDM-in 0,6 %-ni təşkil edəcək.
2025-ci ilin yekunlarına əsasən, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 3,5 milyard ABŞ dolları və ya ÜDM-in 4,6 %-ni təşkil edib.
2024-cü ildə bu göstərici 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.